İstanbul və Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı iki ayrı sui-qəsd təşkil olunub. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bunun qarşısını alıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, ailə üzvlərinin qətlə yetirilməsindən sonra Türkiyəyə gələn Haniyəyə qarşı şübhəli fəaliyyətlər aşkarlanıb. MİT təhlükəsizlik əməliyyatlarını gücləndirərək onu mümkün sui-qəsd cəhdindən qoruyub. Türkiyə kəşfiyyatının bu mövzuda həssaslığı Qətərdə də davam edib.
Eyni zamanda, Haniyə və Hizbullah lideri Həsən Nəsrullahın eyni qoruma protokolu çərçivəsində İran tərəfindən dəvət edildiyi öyrənilib. Qeyd olunub ki, Nəsrullahın siyahıdan çıxarılmasından sonra Türkiyə tərəfi Haniyə və HƏMAS-a xəbərdarlıq edib.
Bu xəbərdarlığın Tehran rəhbərliyi ilə paylaşılıb-paylaşılmaması ilə bağlı məlumat yoxdur. MİT-in Tehran səfərindən əvvəl HƏMAS-a mobil rabitə və internet istifadəsi ilə bağlı da xəbərdarlıq etdiyi öyrənilib.
Roza Şəfiyeva