"ABŞ Konqresi martın ortalarında və ya apreldə Ukraynaya 60 milyard dolların köçürülməsinə dair qanun layihəsini qəbul edə bilər".
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Qeyd olunur ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson mart-aprel aylarında yeni büdcə ilə bağlı qanun layihəsini səsverməyə çıxara bilər. Xarici İşlər Palatasının sədri Maykl Makkal hazırda spikerin fikirlərini nəzərə alaraq layihəni yekunlaşdırmaq üzərində işləyir.
CNN-in məlumatına görə, Conson qanun layihəsini səsverməyə çıxarmaqla riskə gedir, çünki Nümayəndələr Palatasının ifrat sağçı üzvləri – keçmiş prezident Donald Trampın tərəfdarları onun spiker vəzifəsindən uzaqlaşdırılmasına səs verə bilərlər.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl demişdi ki, Qərb tərəfdaşlarının davranışını anlamaq və unutmaq mümkün deyil. O xəbərdarlıq edib ki, indi baş verənləri dünya xatırlayacaq. Belə ki, dövlət başçısı müttəfiqlərdən yardımın gecikməsindən danışıb.