Proqram təminatı dünyasının aparıcı startaplarından biri olan “AppDynamics”in qurucusu Jyoti Bansal film ssenarisini xatırladan bir addımla 400 əməkdaşının həyatını dəyişib. Jyoti Bansalın addımından sonra onun bütün işçiləri artıq milyonçudur.
QÜTB.AZ xəbər verir ki, o şirkəti 3,7 milyard dollara sataraq həm öz gələcəyini, həm də işçilərinin həyatını dəyişən mühüm addım atıb.
Bu kütləvi satış sayəsində təxminən 400 “AppDynamics” işçisi ən azı 1 milyon dollar qazanıb.
Şirkət rəhbəri satışdan sonra bir qədər peşman olduğunu etiraf etsə də, qərarının doğru olduğunu dilə gətirib.
Aysel Şahmar