28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Oba”nın satıcısı iş yoldaşını sevdiyi qıza görə öldürübmüş

31 yan 2024 11:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən T.Cəfərzadə və qətlə yetirilən Orxan Əliyev Şabrandakı “Oba” marketin satıcısı olublar.

Belə ki, hər iki gənc marketdə çalışan gənc qızı sevib. Lakin qız Orxanla nişanlanıb. Teymur satıcı qızın keçmiş iş yoldaşı ilə nişanlanmasını öyrəndikdən sonra Orxanla görüşmək qərarına gəlib və onlar rayondakı orta məktəbin idman meydançasında görüşüblər. Bu zaman əlbəyaxa dava baş verib və Teymur özü ilə gətirdiyi bıçaqla Orxanı vuraraq qətlə yetirib.

Qeyd edək ki, hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib.

Qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur