Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Beynəlxalq Kosmik Stansiyada 18 gün qaldıqdan sonra Yerə enən ilk türk astronavt Alper Gezeravcı ilə telefonla danışıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Ölkə lideri Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib.
"Maşallah, dünya ilə tanış oldun. İnşallah Ankaraya gəldiyiniz zaman şəxsən görüşüb və bütün bu prosesi bizə ətraflı izah etsəniz çox şad olarıq. Bundan sonra çox mühüm vəzifələr olacaq" - Ərdoğan bildirib.
Gezeravcı isə Türkiyənin BKS-ə ən sürətli çatan ölkə olduğunu da qeyd edib.
Hüseyn İbadlı