Bəstəkar-müğənni Murad Arifin yutub layihəsi olan “Popumuz var”ın növbəti qonağı müğənni Elnarə Xəlilova olub.
Publika.az xəbər verir ki, Murad Arifin fəxri adların verilməsi ilə bağlı sualına Elnarənin cavabı müzakirələrə səbəb olub.
“Bəlkə də mənim fəxri adım gecikir. Mən utanaram o fəxri adı götürməyə. Çünki məndən böyüklər var. Mən onlar üçün istəyirəm”, - ulduz qeyd edib.