Nadir xəstəlikdən əziyyət çəkən 55 yaşlı əfsanəvi kanadalı müğənni Selin Dion uzun müddət sonra ictimaiyyət qarşısına çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi dünən "Qremmi 2023" mükafatlarının təqdim olunduğu mərasimində səhnəyə çıxaraq qalibə "İlin ən yaxşı albomu" mükafatını verib. O, həm də səhnədə emosional çıxış edib.
“Uzun müddətdir ki, səhhətimdə problemlər var və onların öhdəsindən gəlmək mənim üçün asan deyil. Bunu dediyimə görə çox təəssüf edirəm, amma fevralda Avropa turnesinə başlamağa hazır deyiləm", - ulduz bildirib.
Tədbirə ağ libasda gələn sənətçi üşüyüdü üçün obrazını ədviyyat rəngli palto ilə tamamlayıb.
Məlumat üçün bildirək ki, Selin Dion əzələ sərtliyi sindromundan əziyyət çəkir. Bu, mərkəzi sinir sisteminin xəstəliyidir, insan heç bir şəkildə əzələləri rahatlaşdıra bilmir, zaman keçdikcə, xəstəlik irəlilədikcə, hücumlar güclənir. Xəstəliyin səbəbləri elmə məlum deyil və təsdiqlənmiş müalicə protokolları da yoxdur. Çox vaxt xəstələrə fizioterapiya, masaj, akupunktur kompleksi və əzələ rahatlaşdırıcı dərmanlar təyin olunur.