Müğənni Nura Suri Özbəkistanın məşhur müğənnisi Mavluda Asalxojayevanın repertuarına müraciət edib.
Publika.az xəbər verir ki, o, sənətçinin “Ko'rgim kelar” mahnısını həm özbək, həm də Azərbaycan dilində səsləndirib. “Sevirəm” adlı ifanın sözlərini Murad Zeynal ərsəyə gətirib.
Suri ifası üçün kamera qarşısına da keçib. Nuranın özbək qızlarının tərzini xatırladan bu stili isə Jabir Əliyev ərsəyə gətirib. Video “Amaze Studio” aiddir.