Qəzzalıları Misirə sürgün etmək planını gizlətməyən İsrailin baş naziri Binyamin Netanyahu “Səlahəddin oxu”nun (Filadelfiya oxu) - Misirlə Qəzza zolağı arasındakı sərhəd zolağının İsrailin nəzarəti altında olmasının lazım olduğunu bildirib.
Publika.az xəbər verir ki, Netanyahu bu barədə mətbuat konfransında deyib.
Amma o da bildirilir ki, İsrail hakimiyyətində fikir ayrılığıvar. Belə ki, İsrailin müdafiə naziri Yoav Qalant və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qants Netanyahunun keçirdiyi mətbuat konfransına qatılmaqdan imtina ediblər.
Tural