İsrailin baş naziri Benyamin Netanyahu Maliyyə, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinə təcili olaraq minlərlə həbs yerlərinin hazırlanmasını tapşırıb.
Publika.az xəbər verir ki, İsrail Hökumətinin Mətbuat Ofisindən edilən yazılı açıqlamada Netanyahunun bu tapşırığı Təl-Əvivdə nazirlərlə keçirdiyi görüşdə verdiyi bildirilib.
Açıqlamada İsrail ordusu və İsrail Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) 2024-cü il ərzində Qəzza və işğal altındakı İordan çayının qərb sahilində minlərlə adamın nəzarətə alınacağına dair qiymətləndirmələrini təqdim etdikləri bildirilir.
Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
Roza