İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyinə HƏMAS-ın daha dörd batalyonunun qaldığı Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb.
Publika.az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" Baş nazirin ofisinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS-ın qalan dörd batalyonunu sıradan çıxarmadan Qəzza zolağında münaqişənin məqsədlərinə nail olmaq mümkün deyil:
"Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyəsini tələb edir".
Qeyd edək ki, İsrailin Rəfaha hücumu zamanı çoxsaylı mülki itki olacağı barədə dəfələrlə xəbərdarlıq edilib.