Amerikanın Qərbi Virciniya ştatının sakini Zan Uayt 100 illik yubileyini “McDonald's” restoranında qeyd edib.
Publika.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Həmin şəxs 1924-cü ildə anadan olub və İkinci Dünya Müharibəsi illərində orduda xidmət edib, radarların təmiri ilə məşğul olub. Təqaüdə çıxanda, adı "Restoranda nahar edən pensiyaçılar" ifadəsini kodlayan ROMEO klubuna qoşulub. 36 ildir ki, dostları hər səhər “McDonald's”da səhər yeməyi yeyirlər, demək olar ki, bir gün belə qaçırmayıblar.
Uayt etiraf edib ki, 100 yaşına qədər necə yaşaya bildiyini bilmir. Bununla belə, “fast food”dan imtina etmək istəmir. "Mən 36 ildir ki, bura gəlirəm - indi dayana bilmirəm", - o deyib.
Tural