26.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Siz Şuşa kimi gözəlsiniz, Mehriban xanım!

26 avq 2025 00:01
GÜNDƏM
ads

Şuşa Azərbaycanın taleyidir, alnımızda ucalan hilal kimi əbədi işıq saçır,

Siz Azərbaycanın qismətisiniz, xalqın qəlbində yanan o saf işıq, ümid timsalısınız.

Şuşa millətin varlığını əks etdirir,

Siz öz simanızda xalqın sabaha inamını daşıyırsınız.

Əsrlər keçsə də Şuşa əbədi qalacaq,

Siz o əbədiyyətin insan obrazındakı mənasısınız.

Şuşa, Qarabağ xanlığının yurdu əsrlərin mirasıdır,

Daşlarında tarixin səsi, bulaqlarında qəhrəmanlıq ahəngi var.

Siz millətin tarixini, mirasını, ruhunu zərgər dəqiqliyi ilə qoruyursunuz,

Hər addımınızda əcdadlarımızın izləri canlanır.

Xarıbülbülün ətri Şuşadan Azərbaycanı bürüyür,

Siz mərhəmətinizlə xalqı qucaqlayırsınız.

Şuşa qədimdir, amma hər bahar yenidən doğulur,

Siz də millətin qəlbində eyni təravət və həyatla yaşayırsınız.

Üzeyir Hacıbəyli, Xan Şuşinski kimi dahilər Şuşadan göylərə səs göndərdilər.

Siz mədəniyyətin himayədarı kimi xalqı yüksəldirsiniz, hər təşəbbüsünüz, hər dəstəyiniz milli ruhu işıqlandırır.

Şuşa mədəniyyətin səsidir,

Siz o səsin nəfəsisiniz.

Şuşa beşikdir, Siz o beşiyə laylay çalan ulduzsunuz.

İlham Əliyevin  “Şuşasız işimiz yarımçıq olar” fikri xalqımızın yaddaşıdır.



Torpaqsız millət yarımçıqdır, ruhsuz dövlət natamamdır.

Siz Azərbaycanın yarımçıq qalan sevinclərini bütöv edirsiniz,

xalqın qəlbindəki boşluğu mərhəmətinizlə doldurursunuz.

Şuşa dövlətin qürurudur, Siz xalqın ləyaqətisiniz.

Şuşanın qayası müqəddəsdir, üzərində şəhid qanı var.

Siz də müqəddəssiniz, çünki sevginiz xalqın canına hopub.

Şuşanın hər qarışında qəhrəmanlıq var,

Siz o qəhrəmanlığın içində ana nəfəsisiniz, hər bir insan üçün ümid və işıq yerisiniz.

Şuşa ruhu ilə yaşayır, xalqın nəfəsini daşıyır.

Siz o ruhun aynasısınız.

İlin bütün fəsillərində, qar, buz, külək də olsa, Şuşa əzəmətli dayanır.

Siz də əzmkarlıq dağı kimi möhkəmsiniz, Siz dözümlü, təmkinli və sabitsiniz, Şuşa kimi millətin ruhunu qidalandırırsınız.

Şuşa dözümlüdür, illərin sınağından çıxıb, əsrlərin şahididir.

Siz insanlara əzmkarlığın, səbrin və nizamın təcəssümünü göstərirsiniz.

Şuşa millətin gücüdür.

Siz xanımlığın gücüsünüz, hər bir addımınız, hər bir təşəbbüsünüz milləti ruhlandırır.

Şuşanın hər daşı qəhrəmanlıq dastanıdır.

Siz o dastanın içində ana nəfəsisiniz.

Şuşa qalibiyyətin ünvanıdır,

Siz onun zəriflik xatirəsisiniz, hər bir zəfər, hər bir mübarizə sizin mərhəmətinizlə tamamlanır.

Şuşa millətin fəxridir.

Siz xalqın şərəf tacısınız.
 



Şuşa gələcəkdir, millətin sabahıdır, sabahımıza yol açır.

Siz o yola işıq salırsınız, hər kəsin ümid yerisiniz.

Siz bütün şəhidlərin anasısınız, bacısısınız.

Bugünkü və sabahkı Azərbaycan xanımlarının simasısınız.

Örnəksiniz, nümunəsiniz,

Şərqli xanım Qərbli xanımdan daha güclüdür, daha savadlıdır, daha dövlətçidir bacarıqlarını sübut edirsiniz.

Bir sözlə, Siz Şuşasınız...

Siz Şuşa kimi gözəlsiniz...

Şuşa gözəlliyi ləyaqətdir,

Siz ləyaqətin simasısınız.

Şuşa gözəlliyi qəhrəmanlıqdır,

Siz qəhrəmanlıq və mərhəmətin timsalısınız.

Şuşa gözəlliyi əzəmətdir,

Siz əzəmətin ünvanısınız.

Şuşa gözəlliyi namusdur,

Siz onun müqəddəsliyini qoruyursunuz.

Şuşa gözəlliyi İlham Əliyev kimi bir sərkərdənin alın təridir,

Siz o təri silən, xalqın ümidini canlandıran işıqsınız.

Siz Şuşa kimi gözəlsiniz, Mehriban xanım!


Elşad Eyvazlı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur