"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin komandanın Asiya turu çərçivəsində baş tutan Honkonqun ulduzlardan ibarət komandasına qarşı oynamamasının qalmaqala səbəb olduğu barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, bu, biletlərə pul xərcləyən yerli azarkeşlərin və təşkilatçıların qəzəbinə səbəb olmuşdu. Messi vəziyyətlə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, oynaya bilməməsinə belə aydınlıq gətirib:
“Əzələ diskomfortu səbəbindən Honkonqdakı matçı buraxdım. Çox adam gəldiyi üçün həqiqətən oynamaq istəyirdim. Amma bu problem oyunun bir hissəsidir.
Mövsümöncəsi tur başa çatmaq üzrədir və mən geri qayıtmazdan əvvəl Yaponiyada keçirəcəyimiz son oyunda oynamaq istəyərdim. Son məşqdən sonra vəziyyətimə qiymət veriləcək və oynayıb-oynamayacağıma qərar veriləcək”.
Heybət