İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir.
İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır.
Sizə davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".