04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

NASA ilk dəfə "Yaşıl Canavar"ın şəkillərini çəkdi

10 yan 2024 11:00
GÜNDƏM
ads

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) ilk dəfə olaraq Çandra X-ray Rəsədxanası, Ceyms Uebb Kosmik Teleskopu və Hubble-dan alınan məlumatları birləşdirərək "Cassiopeia A" (Cas A) və onun "Yaşıl Canavar"ının təsvirini çəkib.

Publika.az xəbər verir ki, son araşdırma 2023-cü ilin aprelində James Vebb Kosmik Teleskopunun Cas A ilə bağlı məlumatlarını araşdıran elm adamları tərəfindən kəşf edilən "Yaşıl Canavar" adlı quruluşun həllinə kömək edib.

Tədqiqatçılar "Yaşıl Canavar"ın ətrafdakı materiallara dəyən fövqəlnovanın partlayış dalğası nəticəsində əmələ gəldiyi qənaətinə gəliblə. Fövqəlnova qalığının yüksək temperaturda silikon və dəmir qazı olduğunu aşkar ediblər.

Fövqəlnova partlayışı haqqında məlumat toplamaq üçün NASA alimləri dəmirə çevrilən sink və hələ də yüksək radioaktiv olan titanı xəritədə qeyd ediblər və partlayışın bütöv qalıqlarını izləyiblər.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, fövqəlnovanın nüvəsinin çökməsi zamanı buraxılan radioaktiv materiallar ulduzun daxili təbəqələri ilə qarışaraq incə strukturlar əmələ gətirir və dağıntıları formalaşdırır.

Fizika və Astronomiya Departamentinin astronomu və professoru Denni Milisavljevic bununla bağlı açıqlama verib.

“İlk dəfə olaraq, bu fövqəlnova qalığının mərkəzindəki şəbəkədə bütöv dağıntıların xəritəsini çəkdik. Heç kim partlamış ulduzda belə strukturları müşahidə etməyib”,- deyə o qeyd edib.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur