Bukmeker kontorları Avropa çempionatının finalda hansı komandaların oynayacağına dair proqnozlar veriblər.
Publika.az xəbər verir ki, hesablamalara görə, turnirin ən çox ehtimal olunan finalı İngiltərə-İspaniya matçıdır. Bu görüşün reallaşması 7.00 əmsal ilə qiymətləndirilir.
Finalda İngiltərə - Almaniya və ya İngiltərə - Fransa cütünü görmə ehtimalı da yüksəkdir. Bu cütlərdən hər biri 7.50 nisbətində qiymətləndirilir.
Analitiklərin fikrincə, ən gözlənilməz final Portuqaliya - Türkiyə matçıdır. Bu komandaların həlledici görüşdə qarşılaşması 35.00 əmsal olaraq qiymətləndirilir.
Qeyd edək ki, İyulun 5-də Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək. Həmin gün Almaniya - İspaniya və Portuqaliya - Fransa, bir gün sonra isə İngiltərə – İsveçrə və Niderlan – Türkiyə görüşləri keçiriləcək.
Heybət