01.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış

29 may 2025 17:00
GÜNDƏM
ads

Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə 6 nəfər saxlanılıb.

Qutb.az-ın məlumatına görə, saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.

Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.

Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.

Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb. Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.

Bölgə prokurorluğunda aparılan araşdırma zamanı hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslərin kim olduqları müəyyən olunub. Hadisəni təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Kemer bölgəsində saxlanılıb.

Ondan başqa hadisədə 3-ü Özbəkistan, 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfərin də iştirak etdiyi bəlli olub. Onlar hadisədən sonra kirayələdikləri avtomobillə qaçıblar, avtomobildə olan zaman onlardan bəziləri üst geyimlərini dəyişib, bəziləri saç-saqqallarını qırxıblar.

Şübhəlilərdən ikisi hava limanında tutulub. Birinin isə Rusiyaya getdiyi məlum olub və onun barəsində qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində həmin şəxs hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası ilə bağlı işlər davam etdirilir.

Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.

Araz Musayevin ümumi vəziyyətinin yaxşı olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. O, hazırda xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və yaxın günlərdə evə buraxılması gözlənilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur