Honq-Konqda bir çoxmillətli şirkətin maliyyə işçisi onlayn görüşdə özünü menecer kimi təqdim edən fırıldaqçılara təxminən 25,6 milyon dollar köçürüb.
Publika.az xəbər verir ki, işçinin video zəngdə iştirak etmək üçün aldadıldığı bildirilib.
Bununla belə, iştirak edənlərin hamısı əslində saxtakar olublar.
Baş müstəntiq Baron Çan Şun-çinq şəhərin ictimai yayımı RTHK-a bunları deyib: “Çox nəfərlik video konfransda hər kəsin saxta olduğu ortaya çıxıb. Əvvəlcə işçi məxfi əməliyyatın həyata keçirilməli olduğunu qeyd etdiyi üçün şübhələnib. Lakin işçi videozəngdən sonra şübhələrini bir kənara qoyub, çünki orada olan digər insanlar tanıdığı həmkarlarına bənzəyiblər. Hər kəsin real olduğuna inanan işçi, cəmi 200 milyon Honq-Konq dolları (təxminən 25,6 milyon dollar) köçürməyə razılaşıb”.
Aysel Şahmar