İlin sonunda Formula 1 komandalarının rəhbərləri 2023-cü il mövsümünün ən yaxşı pilotu üçün sorğuda iştirak ediblər.
Publika.az xəbər veririk, hər bir sürücü müəyyən sayda xal alıb və sonda ilk 10-luq formalaşıb.
Gözlənildiyi kimi, birinci yeri 19 yarışda qalib gələn çempion Maks Ferstappen tutub. İkinci yerdə “Aston Martin”dən Fernando Alonso qərarlaşıb.
İlk üçlüyü isə “Maklaren”dən Lando Norris tamamlayıb. Keçən ilki sorğu ilə müqayisədə ən böyük reqressiya Corc Rassel və Serqio Peres tərəfindən göstərilib.