Hindistanda 7 mərhələdən ibarət ümumi seçkilər davam edir.
Publika.az xəbər verir ki, iyunun 1-də başa çatacaq seçkilərdə qalib gələcəyinə inanan hazırkı baş nazir Narendra Modi verdiyi fərqli açıqlamalarla diqqət çəkib.
Modi son müsahibəsində deyib ki, məqsədi reallaşdıqda vəzifəsi bitəcək:
“Tanrının (Parmatma) məni bir məqsəd üçün göndərdiyinə inanıram. Ona görə də özümü tamamilə Allaha həsr etmişəm.
Tanrı mənə yol göstərir. Sadəcə o, kartlarını göstərmir. Məni bir şeylər etməyə məcbur edir. Bundan sonra nə olacağını soruşmaq üçün birbaşa onunla əlaqə saxlaya bilmirəm".
Aysel Şahmar