"Arsenal" "Real"ın yarımmüdafiəçisi Arda Güləri transfer etməkdə maraqlıdır.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu 19 yaşlı futbolçunu qış transfer pəncərəsi zamanı icarəyə götürə bilər. Buna səbəb isə Türkiyə millisinin üzvünün "Real"dakı mövqeyindən narazı olması ilə bağlı şayiələr yayılmasıdır.
Qeyd olunur ki, “topçular” bir vaxtlar Madrid klubundan icarəyə götürülmüş, daha sonra daimi olaraq London klubuna keçən və əsas oyunçulardan birinə çevrilən Martin Odeqaardın transferi ilə bağlı ssenarini bu dəfə Arda ilə təkrarlamağı planlaşdırır.
Qeyd edək ki, Gülər bu mövsüm "Real"in heyətində 12 matçda iştirak edib. Onun aktivində nə qol, nə də asist var.
Qutb