28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Müğənnidən qalmaqallı AÇIQLAMA: “Onlar mənim heç nəyimdir”

17 dek 2024 19:00
GÜNDƏM
ads

Müğənni Almaz Saraylı qohumları Mina Hüseyn və Elnarə Xəlilova ilə bağlı qalmaqallı açıqlama verib.

QÜTB.AZ xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, aparıcı Aytəkin Mərdanovanın Elnarə və Mina ilə bağlı sualına sərt münasibət bildirib:

“Dediyiniz ikisi mənə çox uzaqdır. Bəri başdan deyim, hər dəfə onların adını çəkirlər. Onlar ATV-də elə söz dedilər, qəlbimə dəydilər. Əslində yaxın deyillər. Babam ikinci dəfə ailə qurub, onlardan olan uşaqlardır. Onlar mənim heç nəyimdilər. Çünki başqa şey dedilər. Elnarə efirdə mənimlə bağlı deyir ki, ögeydi e.... Efirdə belə bir şey demək olar? Amma mən heç vaxt deməmişəm ki, onlar ögeydir. Bu, nə deməkdir? Doğmaları da görürük. O sözə görə onlardan qəlbim qırılıb, mənim heç nəyimdirlər. Ən yaxın qohumlarım Nailə Mirməmmədlidir, doğma əmim qızıdır. Brilliant Dadaşova xalam nəvəsidir. Xalq artisti Əlibaba Abdullayev anamın əmisidir. Bunlardan deyin. Onların adını çəkməyin. Başınıza dönüm, ehtiyacım yoxdur. Allah onların yolunu açıq etsin. Elnarə yaxşı oxuyandır. Minanı çox istəyirəm, şirin qızdır. Haradasa qohumumdur, babamdan qan qohumuyuq. Görürsünüz, neçə illərdir deyirlər, Elnarə qohumunuzdur, amma açıb deyə bilmirəm. O nə söz idi... Söhbəti bağlayaq”.

Qeyd edək ki, Mina illər əvvəl verilişdə A. Saraylının onun xalası olduğunu demişdi.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur