Niderlandda bir moda jurnalının mart buraxılışının üz qabığına çəkilən 22 yaşlı “Playboy” modeli Hike Konninqs Leonardo Di Kaprio ilə gecə klubunda görüşündən danışıb.
Publika.az xəbər verir ki, qız aktyoru çox "çox qoca və qəribə" adlandırıb. Qız dostlarından onun "yataqda qəribə fantaziyaları" olduğunu eşitdiyi üçün evinə getməkdən imtina etdiyini etiraf edib.
Onlar hər kəsin buraxılmadığı bir müəssisədə tanış olublar. "Bu, Los-Ancelesdəki gizli bir klub idi, oraya yalnız dəvətlə daxil ola bilərsiniz. Mən onun qara köynəkdə və qara papaqda oturduğunu gördüm və göz təması qurduq. Bundan sonra meneceri masaya gələrək "Leo sizinlə danışmaq istəyir" dedi", - model jurnala müshaibəsində bildirib.
Hike qeyd edib ki, 49 yaşlı aktyorun yaşı 25-dən çox olmayan modellərlə görüşməyə üstünlük verməsi ilə bağlı şayiələrin əsası var. Model aktyorla öpüşünü də şərh edib: "Yaxşı idi, amma məndə bundan da yaxşısı olub".
Modelin sözlərinə görə, aktyorun evinə getməkdən imtina etməsi Leonu çox təəccübləndirib: "Şokda idi. Təbii ki, öyrəşməmişdi. Onu kifayət qədər tanımıram deyəndə, o, gözəl cavab verdi: "Buna hörmət edirəm".
Hikenin imtinasından sonra De Kaprionun bu təklifini başqa bir qız qəbul edib. Hike qeyd edib ki, aktyorla birlikdə olan bir qız tanışı onun yataqda qəribə davranışları olduğunu iddia edib.
"Yox, Leo çox qəribə və çox yaşlıdır", - Hike aktyordan danışarkən əlavə edib.