Özünüidarə proqram təminatı ilə təchiz edilmiş 2,4 milyon “Tesla” avtomobilini yenidən yoxlayacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) biri ölümlə nəticələnən dörd qəzadan sonra bu qərara gəlib.
2016-2024-cü ilin istehsalı olan “Tesla S” və “Tesla X”, 2017-2024-cü illərin “Tesla 3”, eləcə də 2020-2024-cü illərin “Tesla Y” modelləri və 2023-2024-cü illərdə istehsal olunmuş “Cybertruck” elektrik pikapları yoxlanılacaq.
Yoxlamanın nəticələrinə əsasən NHTSA bu avtomobillərin geri çağırılmasını tələb edə bilər.