İtalyanların Milad bayramı alış-verişinə təxminən 9 milyard avro xərcləyəcəkləri gözlənilir.
QÜTB.AZ xəbər verir ki, aparılan araşdırmaya görə, italiyalılar üçün bütün şənliklər, səfərlər və yemək xərcləri ümumilikdə 25 milyard avroya başa gələcək. Hər ailənin bayramlar üçün orta xərci 992 avro olacaq.
Tətil öncəsi son həftəsonu alış-veriş xərclənməsinin məbləği isə 1,5 milyard avro olacağı gözlənilir.
Vəsaitlər əsasən şam ağacının altına qoyulacaq hədiyyələrə və “qara cümə” endirimlərinə sərf ediləcək. Orta hesabla bu alış-verişlərə adambaşına 225 avro büdcə ayrılacaq. Səyahətə çıxacaq milyonlarla italiyalının isə təxminən 12,7 milyard avro xəsrcləməsi nəzərdə tutulur.