Reper Killer Mayk dünən həbs olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən keçirilən 66-cı "Qremmi" mükafatlandırma mərasimində "Ən yaxşı rep albomu", "Ən yaxşı rep performansı" və "Ən yaxşı rep" mahnısı kateqoriyalarında mükafat alan reper Killer Mayk tədbirdə mühafizəçiyə hücum edib. Polis tərəfindən əlləri qandallanaraq saxlanılan ulduz sonra həbs olunub.
Los-Anceles Polis Departamentindən verilən məlumata görə, əsl adı Maykl Render olan sənətçi mühafizəçiyə fiziki xəsarətlər yetirib.