Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun keçmiş evi beş milyon funt-sterlinqə (11 milyon 127 min manat) satışa çıxarılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Söhbət Çeşirdəki tarlalar və meşələr arasında yerləşən malikanədən gedir. Əvvəlcə Ronaldo bunun üçün 5,5 milyon funt-sterlinq istəsə də, bu məbləğə alıcı tapmaq mümkün olmayıb və qiymət aşağı salınmalı olub. 9,3 hektarlıq mülkdə beş yataq otağı olan dəbdəbəli malikanə, həmçinin daha iki yataq otağı olan qonaq evi yerləşib.
Bundan əlavə, burada ev kinoteatrı, şərab zirzəmisi, hovuzu, idman zalı və cakuzisi olan istirahət zonası, padel-tennis kortu və dörd maşınlıq qaraj var.