Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodrigez Amerika Kuboku turnirinin rekordunu təkrarlayıb.
Publika.az xəbər verir ki, o, buna Panama 1/4 final oyununda (5:0) 2 məhsuldar ötürmək etməkə nail olub. Hazırda davam edən yarışda Xamesin aktivində 5 assist var.
Əvvəllər bunu bir turnirdə cəmi üç nəfər bacarıb – Denilson (Braziliya, 1997), Aleks (Braziliya, 2004) və Lionel Messi (Argentina, 2021). Rodrigez daha bir məhsuldar ötürmə verərsə, ilkə imza atacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu Kolumbiya ilə görüşdə qol da vurub.