Türkiyəli məşhur aktyor Tolqa Sarıtaşın toy tarixi bəlli olub.
Publika.az xəbər verir ki, Tolqa Sarıtaş 3 ildir birlikdə olduğu modelyer sevgilisi Zeynep Mayrukla iyunun 27-də Alaçatıda evlənəcəklər. Cütlüyün toyu Alaçatının ən məşhur məkanlarından biri olan Yeniyer Alaçatıda baş tutacaq.
Hazırlıqlar qızğın şəkildə davam edərkən, toya sənət və moda dünyasının bir çox məşhurlarının qatılacağı gözlənilir. Xüsusilə Sarıtaşın rol aldığı layihələrdən tanıdığımız bir çox aktyor dostları cütlüyü xoşbəxt günlərində tək qoymayacaq.
Cəmilə