Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti, bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur iqtisadi rayonununda icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.
xxx
Zəngilanda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
Publika.az xəbər verir ki, iclas Zəngilan Konqres Mərkəzində baş tutur.
İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun OZVO Nərgiz Qaracayeva və işçi qrupun digər üzvləri iştirak edir.
İclasda Cəbrayıl rayonunda kəhrizlərin bərpası yolu ilə ətraf mühitin dayanıqlı inkişaf həlləri, Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşəçilik sahəsində görülmüş işlər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlılığın təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması məsələləri müzakirə edilir.
Həmçinin, Zəngilan və Cəbrayıl rayonlarının su təchizatı sistemləri, Şərqi Zəngəzur iqtisadi rayonunda yol-tikinti layihələri, ərazidə mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası prosesi ərazi planlaşdırılması aspektləri, ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında məsələlər ətrafında müzakirə aparılır.