Məşhur aparıcı Vüsalə Əlizadə tamamilə fərqli obrazda kamera qarşısına keçib.
Publika.az xəbər verir ki, 39 yaşlı aparıcı yeni fotosessiyasını instaqramda paylaşıb və yeniləndiyini qeyd edib.
"Yeni bir mən! Tam fərqli tərzdə olmaq istədim, təbii ki, seçimim yenə də vazkeçilməz peşəkarlarım oldu, çünki, mən onlara, onlar da mənə güvənirlər, hər işdə bu enerji vacibdir", - ulduz qeyd edib.
V.Əlizadə həm də sosial media üzərindən anonim bir mesaj yollayıb: "Çoxlarının ən gözəl xəyalı olduğun halda, hekayəsi belə olmağa dəyməzlərlə vaxt itirmə".
Onun bu sözləri kimə ünvanladığı qeyd olunmasa da, izləyiciləri onun şlyapada, kostyumda və qalstukda yaratdığı obrazı bəyəndiklərini qeyd ediblər.