Məşhur müğənni Ariana Grandenin evinə 92 dəfə daxil olmağa çalışan "pərəstişkarı" həbs olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur sənətçini narahat edən manyaka 3 il 8 ay həbs cəzası verilib.
Qeyd edək ki, "pərəstişkarı" məşhur müğənninin evinə bıçaqla girərək onu ölümlə hədələmişdi. O, 5 il müddətinə həbs olunmasına baxmayaraq, yenidən Ariana Qrandenin evinə daxil olub və sonradan həbs edilib.