Türkiyəli məşhur komediya ustası Həsən Can Kayanın bir universitetin məzun gecəsində tanış olduğu 23 yaşlı gənc qızı evində saxladığı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Kaya tanış olduğu qızı Leventdə yerləşən evinə aparıb. Kayanın ona yaxınlaşmasından narahat olan qız evi tərk etmək istəyərkən komediya ustası buna icazə verməyib. Gənc qızın dostuna canlı məkan göndərərək "Məni evdən buraxmayacaq. Məni xilas edin" deməsindən sonra polisə məlumat verilib.
Polis idarəsində ifadəsi alınan Kaya ittihamları rədd edib. O, gənc qız şikayət etmədiyi üçün prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.
Roza