Məşhur teleaparıcı Vladimir Pozner dəri xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
90 yaşlı jurnalistə dərinin bədxassəli epitelioması diaqnozu qoyulub.
Mənbənin sözlərinə görə, Pozner ötən ay səhhətindəki problemlərlə bağlı həkimə müraciət edib. Müayinələrdən sonra aparıcı xəstəxanaya yerləşdirilib və kimyaterapiyadan keçib. Hazırda teleaparıcı onkoloqun nəzarəti altındadır.
Qeyd edək ki, bu, Vladimir Pozner üçün ilk xərçəng diaqnozu deyil. 59 yaşında prostat xərçəngi diaqnozu qoyulan məşhur aparıcının əməliyyatı uğurla keçib. 80 yaşında isə Poznerdə kolon xərçəngi aşkarlanıb. Bundan sonra aparıcı müalicəsini davam etdirib.
Cəmilə