29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayanla bağlı ŞOK FAKTLAR

09 yan 2024 21:00
GÜNDƏM
ads

Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.

Publika.az xəbər verir ki, bu barədə onun atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə danışıb.

"Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.

Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılan casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini deyib.

Martin Rayanın atası Riçard isə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”. ("Report")


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur