29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu rayonda fərdi yaşayış evlərinin təmirinə başlanılır – 2,4 milyon manat xərclənəcək

21 dek 2024 05:00
GÜNDƏM
ads

Ağdərə rayonunda bir sıra fərdi yaşayış evlərinin təmiri həyata keçiriləcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, təmir işləri rayonun Həsənriz kəndində yerləşən 90 ədəd fərdi yaşayış evində aparılacaq.

Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “AEF Group” MMC-yə həvalə edib və onunla dəyəri 2.393.850,13 AZN (2 milyon 393 min 850 manat 13 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, Ağdərədə evlərin təmir işlərini aparacaq “AEF Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Aslanov Süleyman İkram oğludur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur