Məşhur polşalı teatr və kino aktyoru Marek Litevka 76 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" aktyorun son illərdə əlaqə saxladığı Krakov STU teatrına istinadla məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 12-də vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Marek Litewka karyerasına 1970-ci illərdə başlayıb. O, rus tamaşaçılarına “Həyat kralı”, “Fotoqrafiya”, “Reviziya”, “Polis”, “Cinayət dalğası” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.
Hüseyn İbadlı