Qərbin Ukrayna rəhbərliyinə Rusiyanın işğal etdiyi ərazilərin qaytarılacağı və NATO-ya qoşulacağı ilə bağlı çoxsaylı vədləri əsassız gözləntilər aşılayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” jurnalı yazıb.
Nəşr qeyd edib ki, Qərbin vədləri boş söhbətdir və Ukraynanın NATO-ya üzvlük məsələsi hələ müzakirə olunmur.
Bildirilib ki, Moskva və Kiyev arasında hər hansı atəşkəs razılaşması Ukraynanın Şimali Atlantika Blokuna daxil olmamasına təminat verir. Çünki NATO-nun genişlənməsi təhlükəsi bu münaqişənin başlamasının əsas səbəblərindən biridir.
“Hazırda Ukraynanın ən yaxşı variantı müdafiə strategiyasını qəbul etməkdir”, - deyə məqalə müəllifləri yazır.
Cəmilə