10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Zaqatala və Balakəndə evləri həşəratlar basdı - Rəsmi açıqlama

07 okt 2025 03:00
GÜNDƏM
ads

Sosial şəbəkələrdə Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərini, habelə qeyri-yaşayış və inzibati binaları Qəhvəyi mərmər bağacıqlarının basması ilə bağlı görüntülər yayılıb.

 

Modern az xəbər verir ki, Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən artıq dezinfeksiya işlərinə başlanıldığı bildirilib.

 

Qeyd olunub ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir.

 

Mərkəzdən verilən məlumata görə, yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir (qusma, boğulma, zəhərlənmə əlamətləri olur), buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur:

 

"Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əl ilə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Bu proses hər tərəfdə eyni anda getdiyinə görə əhali arasında narahatlıq yaranır. Hazırda bununla bağlı kimyəvi mübarizə tədbirlərimiz davam etdirilir”.

 

Qeyd edək ki, bu il sentyabr ayının sonlarından Qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub. (Mənbə: report)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur