“ABŞ-ın nüfuzunu itirdiyi və yeni güc qütblərinin meydana çıxdığı bir dünyada Türkiyənin əhəmiyyəti getdikcə artır”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzeti Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi ilə bağlı təhlili yazısında qeyd edib.
Məqalədə bildirilir ki, Ankara NATO üçün Avropa, Şimali Afrika, Yaxın Şərq, Qafqaz və Qara dəniz arasındakı strateji nöqtədədir.
Xəbərdə hər bir münaqişənin Türkiyəni Qərbdən uzaqlaşdırmaq və Rusiyaya yaxınlaşdırmaq riski daşıdığı və heç kimin belə riskə getmək istəmədiyi vurğulanıb.
Prezident Ərdoğanın İsveçi NATO-ya üzvlük üçün ağır bədəl ödəməyə məcbur etdiyi də bildirilib: "Stokholm Türkiyə üçün antiterror qanununu dəyişib. Ankara və ABŞ Türkiyənin F-16 donanmasının modernləşdirilməsi üçün də danışıqlar aparıblar".
Aysel Şahmar