ABŞ Dövlət Departamenti Amerika və Çili vətəndaşlığı olan jurnalist və bloger Qonsalo Liranın Ukraynada həbsdə ölməsi ilə bağlı məlumatların doğruluğunu təsdiqləyib.
Publika.az xəbər verir ki, Dövlət Deparatmaneti bu barədə TASS-ın sorğusuna cavab olaraq bildirib.
"Biz ABŞ vətəndaşının Ukraynada öldüyünü təsdiqləyə bilərik. Ailəsinə baş verən itki ilə bağlı ən səmimi başsağlığımızı bildiririk", - açıqlamada deyilir.
Dövlət Departamenti jurnalistin ailəsinə bütün lazımi konsulluq yardımını göstərməyə hazır olduqlarını qeyd edib. Məlumatlara görə, Lira 2023-cü ilin oktyabrında ikiqat pnevmoniya ilə xəstələnib. Bu, jurnalistin atası, yaşlı Qonzalo Liranın Amerikanın Grayzone portalına verdiyi qeyddən aydın olur. O, cümə günü bu sənədin fotosunu dərc edib.
Atasının sözlərinə görə, həbsxana rəhbərliyi onun xəstəlik faktını jurnalistin ailəsindən və vəkillərindən gizlətməyə çalışıb. İndi məlum olduğu kimi, Qonzalo Amerikanın Kiyevdəki səfirliyindən vəziyyətə müdaxilə etməyi tələb edib. Lakin onun sözlərinə görə, diplomatik nümayəndəlik bu istiqamətdə heç bir səy göstərməyib.
Öz növbəsində, Dövlət Departamenti Amerika hökuməti tərəfindən bu qəbildən olan hər hansı addımın atılıb-atılmadığını izah etməyib.
"Oğlumun necə ölməsi ilə barışa bilmirəm. O, işgəncələrə məruz qaldı, şantaj edildi, səkkiz ay 11 gün tam təcridxanada saxlanıldı və ABŞ səfirliyi ona kömək etmək üçün heç nə etmədi. Bu faciəyə görə məsuliyyət diktator Zelenski və Amerika prezidenti Co Baydenin üzərinə düşür”, - mərhumun atası bildirib.
Amerikalı teleaparıcı Taker Karlson bir gün əvvəl Lirin ölümünü açıqlamışdı.
İlon Mask daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək Liranın həbsi və saxlanması ilə bağlı izahat istəyib. Mask bu mövzu ilə bağlı fikirlərini “X”-da (keçmiş Twitter) “Vladimir Zelenskini tənqid etdiyinə görə Ukrayna həbsxanasında işgəncələrə məruz qaldığını” bildirən Taker Karlsonun dərcinə cavab olaraq açıqlayıb.
Tural