Bakıda sürücü xanımın yolunu kəsdi: Küt alətlə hücum etdi
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının gündəmə gətirdiyi “Türkiyə-Rusiya-Çin ittifaqı” ideyası böyük müzakirələrə səbəb olub.
Təklifə ən sərt reaksiyalardan birini isə Krım tatarlarının milli lideri, Ukrayna parlamentinin deputatı Mustafa Kırımoğlu verib.
Qutb.az xəbər verir ki, QHA-ya açıqlama verən Kırımoğlu Bağçalının sözlərini əvvəlcə zarafat sandığını, lakin məlumatın doğru olduğunu öyrənəndə təəccüb yaşadığını bildirib.
O, belə bir ittifaqın mənasız olduğunu vurğulayıb:
“Türk dünyasına ən çox zülm edən faşist Rusiya və kommunist Çinlə ittifaq qurmaq istəyirsən... Əgər bu dövlətləri seçirsənsə, oraya Şimali Koreyanı, Belarusu da daxil et. Bütün pisliklər bir araya toplansın. Bu nə deməkdir? Krım yarımadası işğal altındadır, yüzlərlə insanımız işğala qarşı çıxdıqları üçün həbsdədir, bəziləri oğurlanıb, öldürülür. Belə bir dövlətlə ittifaq qurmaq nəyə xidmət edir? Oradakı türkləri düşünmürsənmi?”.
Kırımoğlu əlavə edib ki, Türkiyənin NATO üzvlüyü ölkənin təhlükəsizliyi üçün həlledici rol oynayıb:
“NATO indi istədiyimiz kimi deyil, amma 1952-ci ildə Türkiyə bu alyansa qoşulmasaydı, bəlkə də müstəqil Türkiyə Respublikası yox, "Türk Sovet Sosialist Respublikası" olacaqdı. NATO-nun nöqsanları var, amma Türkiyənin təhlükəsizliyini təmin edən ən böyük qüvvələrdən biridir.”
O, həmçinin Ukraynanın da NATO-ya üzv olmaq üçün ciddi səylər göstərdiyini qeyd edib.
Kırımoğlu’ndan “Türkiye-Rusya-Çin ittifakı” söylemine net tepki! pic.twitter.com/ctEhisOHzK
— QHA - Kırım Haber Ajansı (@qha_kirimhaber) September 20, 2025