Parlament üzvləri tərəfindən seçilən Macarıstanın yeni prezidenti Tamaş Szujokun andiçmə mərasimi Budapeştdə Prezident Sarayının qarşısında baş tutub.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Mən bu xidməti planlaşdırmamışam və ya bu işə hazırlaşmamışam. Ancaq bu illər ərzində gözlənilməz və çağırılmamış həyatı dəyişdirən cəhdləri qiymətləndirməyi öyrəndim. Və taleyi dəyişdirən və xidmətə çağıran vəziyyətlər yaranarsa, çəkinə bilməzsiniz. Mən Vətənə və millətə xidmət etməyi ən böyük şərəf hesab edirəm”, - deyə Şuyok inauqurasiya nitqində bildirib.
Xatırladaq ki, Macarıstan parlamenti 67 yaşlı Tamaş Szujoku yeni dövlət başçısı seçib. O , pedofiliya cinayətində əli olan bir adamın əfv edilməsi ilə bağlı qalmaqaldan sonra istefa verən prezident Katalin Novakın yerinə əyləşib.
Şujokun namizədliyini parlamentdə 199 yerdən 135-ni tutan hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" və Xristian Demokratlar Partiyasının koalisiyası irəli sürüb. Səsvermə zamanı siyasətçini bütün hökumətyönlü deputatlar dəstəkləyib. O, ilk raundda qələbəsini təmin edib.
Tamaş Szújok 24 mart 1956-cı ildə Macarıstanın Kiskunféledyháza şəhərində anadan olub. 1980-ci ildə Seqed Universitetinin siyasi elmlər və hüquq fakültəsini bitirib, 2005-ci ildən konstitusiya hüququndan dərs dryib, 2013-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib.
1982-ci ildən hüquq məsləhətçisi işləyib, sonra şəxsi təcrübə ilə məşğul olub. 2000-2014-cü illərdə Avstriyanın Seqed şəhərində fəxri konsulu olub. 2016-cı ildən Konstitusiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Hüseyn İbadlı