Federal Tibbi və Bioloji Agentlik (FMBA) Rusiya Səhiyyə Nazirliyinin yurisdiksiyasından çıxarılıb.
Publika.az xəbər verir ki, müvafiq fərmanı prezident Vladimir Putin bazar ertəsi, iyunun 17-də imzalayıb.
Eyni sənədlə dövlət başçısı FMBA-nı yenidən özünə tabe edib.
“Müəyyən edilsin ki, Federal Tibbi və Bioloji Agentliyin fəaliyyətinə rəhbərlik Rusiya Federasiyasının Prezidenti tərəfindən həyata keçirilir”, - Vladimir Putinin imzaladığı fərmanda deyilir.
Rusiya Federasiyası Hökumətinə də öz aktivlərinin və dövlət başçısının əmlakının sənədə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək tapşırılıb. Fərman imzalandığı gündən, yəni iyunun 17-dən qüvvəyə minib.
Tural