14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Polis kiberhücumlarla bağlı məlumat yaydı

14 mar 2025 21:00
GÜNDƏM
ads
Advertisement

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

 

Qutb.az xəbər verir ki, müraciətdə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlindiyi qeyd edilib:

 

“Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.

 

Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin.

 

Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!”

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur