29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Devrilərək sürgünə göndərilən sabiq rəhbərin qızı baş nazir oldu

16 avq 2024 16:00
DÜNYA
ads
Advertisement

Cümə günü Tailand parlamenti keçmiş lider Taksin Shinavatranın kiçik qızı Paetonqtarn Shinavatranı ölkənin baş naziri seçib.

QÜTB.AZ xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Paetonqtarn çevriliş nəticəsində devrilmiş, lakin keçən il sürgündən qayıdan atası və sürgündə yaşayan xalası Yinqlak Şinavatranın ardınca Tailandın Şinavatra ailəsindən üçüncü lideri olub.

37 yaşlı Paetonqtarn xalasından sonra Tailandın ikinci qadın baş naziri və ölkənin ən gənc lideri olub.

Onun namizədliyi 319 səslə təsdiq edilib, 145 deputat əleyhinə olub, 27-si isə bitərəf qalıb.

Tailandın əvvəlki baş naziri Srettha Thaveesina etik pozuntulara yol verdiyinə görə Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən kənarlaşdırılıb.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur