01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Prokuror tələb edir; Sabiq prezident cinayətkar təşkilatın rəhbəri kimi tanınsın

27 fev 2024 08:00
GÜNDƏM
ads

Prokuror Mario Villar korrupsiyada təqsirli bilinən Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşnerin həbs müddətinin 6 ildən 12 ilə qaldırılmasını istəyib.

Publika.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Prokuror israr edib ki, keçmiş prezidenti korrupsiya ilə məşğul olan cinayətkar təşkilatın rəhbəri kimi tanımaq lazımdır. Hazırda Fernandez de Kirşner “dövlətə zərər vuran fırıldaqçılıq”da təqsirli bilinir.

Apellyasiya məhkəməsində cəzanın ağırlaşdırılması ilə bağlı vəsatət verilib. Əvvəllər keçmiş prezident barəsində çıxarılan hökmə həm ittiham, həm də müdafiə tərəfi etiraz edirdi.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Buenos-Ayres Federal Məhkəməsi Fernandes de Kirşneri Santa Kruz əyalətində infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya sxemlərində iştirakına görə 6 il müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi iddia edir ki, onun prezidentliyi dövründə (2007-2015) müqavilələrin əksəriyyəti sahibkar Lazaro Baezə məxsus şirkətlərə verilib. Fernandes de Kirşnerə də dövlət vəzifələrində işləmək qadağan edilib.

Keçmiş prezident bütün müraciətlər bitənə qədər azadlıqda qala bilər. Yaşını (71 yaş) nəzərə alaraq, onun həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsini də xahiş etmək imkanı var.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur