"Artan hərbi təhdidlər fonunda Vaşinqton yalnız bir düşmənlə potensial müharibəyə hazırdır".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın 2018-ci il Milli Müdafiə Strategiyasının əsas müəlliflərindən biri olan keçmiş Pentaqon rəsmisi Cim Mitter deyib.
Təhlilçi bildirib ki, 2018-ci ildə Pentaqon eyni vaxtda iki əsas düşmənlə mübarizə aparmaq planları əvəzinə, "bir müharibə" və dünyanın digər bölgələrində təcavüzün qarşısını almaq konsepsiyasına gəlib.
"Ordu kadr böhranı ilə üz-üzədir və siyasi baxımdan qeyri-populyar olan səfərbərlik olmadan eyni vaxtda iki müharibə aparmaq üçün kifayət qədər kadr toplaya biləcəyi bəlli deyil", - o qeyd edib.
Hüseyn İbadlı