Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsi Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.
Publika.az Report-a istinadla xəbər verir ki, buna səbəb sərnişinin tromb problemi olub.
Bildirilib ki, Su-1857 təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan gəlib. O, yerə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.
Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.